Paytaxtın enerji təminatında yaranan çətinliklərin əmələ gətirdiyi problemlər aradan qaldırılana qədər Bakı Nəqliyyat Agentliyi xüsusi rejimdə fəaliyyət göstərib.
İyulun 3-ü saat 19:00 radələrindən etibarən “BakuBus” MMC-yə məxsus avtobuslarla sərnişinlərin daşınması ödənişsiz həyata keçirilib.
Lakin bəzi sürücülər tapşırığa əməl etməyərək vətəndaşlardan pul tələb edib, pulsuz xidmətdən imtina edib.
BNA-nın mətbuat katibi Mais Ağayev daşıyıcılar barədə görüləcək tədbirlərlə bağlı REAL-a danışıb.