Avropada Türkiyəyə qarşı kütləvi etirazlar başlanıb - Video

Avropada Türkiyəyə qarşı kütləvi etirazlar başlanıb - Video
Berlində aksiya iştirakçıları ilə polis arasında qarşıdurma yaşanıb

Avropada Türk qoşunlarının Suriyanın şimalındaki Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatına qarşı kütləvi etirazlar başlanıb.

Real.Tv-nin verdiyi məlumata görə, keçirilən əməliyyata qarşı Almaniya, Böyük Britaniya, Yunanıstan və Fransada minlərlə insan küçələrə axın edib.

Berlində etiraz edən insanlar küçələrə çıxaraq Türkiyə əleyhinə şüarlar səsləndirməyə başlayıblar. Onlar Türkiyə səfirliyinə tərəf yürüş etmək istəyiblər. Aksiyaya polis müdaxilə edib. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə aksiya iştirakçıları arasında qarşıdurma başlayıb. Qarşıdurma nəticəsində etiraz aksiyasında iştirak edənlər polisə daş və butulka atmağa başlayıblar. Polis aksiya iştirakçılarını güc tətbiq etməklə dağıdıb.

Qeyd edək ki, yanvarın 20-dən Türkiyə Afrində “Zeytun budağı” əməliyyatına başlayıb. Terrorçuların mövqelərinə havadan zərbələr endirilib. Eyni zamanda Suriyanın müxalifətdən olan "Azad Suriya ordusu" qruplaşması bazar günü ölkənin şimalında yerləşən Afrin rayonunda genişmiqyaslı əməliyyatlara başlayıb. Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Rəsmi Ankara bildirib ki, kürd terrorçuları təkcə Türkiyə üçün yox, bütün dünyaya qarşı təhlükədir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə