Serbiyada prezident Aleksandr Vuçiçə qarşı etiraz aksiyası keçirilib

Serbiyada prezident Aleksandr Vuçiçə qarşı etiraz aksiyası keçirilib

Serbiyanın paytaxtı Belqradda Prezident Aleksandr Vuçiçə qarşı etiraz aksiyası keçirilib

REAL xəbər verir ki, aksiya iştriakçıları prezident iqamətgahının önündə toplaşaraq dövlət başçısını istefaya çağırıblar.

Etirazçılar dövlət başçısını demokratik prinsipləri pozmağda günahlandırıb. Küçəyələrə axışan aksiya iştirakçılarının bir qismi dəmir məhəccərləri aşaraq ali hakimiyyətin binasına daxil olmaqa çalışıblar.

Lakin, onların bu istəyi baş tutmayıb. Daha sonra polis məsələyə müdaxilə edərək, aksiya iştirakçılarını ordan uzaqlaşdırıb.

Prezident Aleksandr Vuçiçin koronavirusla mübarizədə gücləndirilmiş karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar göstəriş verməsi, Serbiyada böyük narahatlığa səbəb olub.

Belək ki, aksiya nümayişçiləri prezidentin bu qərardan öz məqsədi üçün istifadə etməsini bildirsələr də, dövlət başçıcı bunu təkzib edib.

Məlumat üçün bildirək ki, Serbiyada prezident seçkilərinin iyunda keçirilməsi gözlənilir. Qeyd edək ki, Serbiyada koronavirus pandemiyası ilə mübarizədə ciddi tədbirlər görülüb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər