Qubada selin apardığı körpülərin bərpası üçün texnikalar cəlb olunacaq

Qubada selin apardığı körpülərin bərpası üçün texnikalar cəlb olunacaq

Qubada ötən gün körpülərin sel aparması ilə bağlı Quba Rayon İcra Hakimiyyətinin başçısı əraziyə gəlib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə yerinə gələn Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev gediş-gəliş əlaqəsinin müvəqqəti bərpa edilməsi üçün əraziyə texnikanın cəlb olunması və digər zəruri tədbirlərin həyata keçirilməsi üçün göstəriş və tövsiyələrini verib.

Çağacıq çayında suyun həcmi hələ azalmayıb, sel davam edir.

Qeyd edək ki, Quba rayonunun Xanagah kəndində Çağacıq çayının üzərində inşa edilən körpülərin sel aparması nəticəsində kəndin məhəllələri arasındakı gediş-gəliş əlaqəsi kəsilib. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər