Ağsu rayonunda yol yenilənir - VİDEO, FOTO

Ağsu rayonunda yol yenilənir - VİDEO, FOTO
Rayonun 9 yaşayış məntəqəsinə gedən avtomobil yolları yenidən qurulur

Ağsu rayonunun Ağsu-Ağarx-Rəhimli-Qaradağ marşrutu üzrə 9 yaşayış məntəqəsinə gedən avtomobil yolları yenidən qurulur.

Yolun ümumi uzunluğu 39 km-dir.

Yolun Ağsu-Qaradağ hissəsi 20.3 km, bu yoldan ayrılan və Qaradağlı, Rəhimli, Şahbəyli, Qarabağlı, Bozovand, Ağarx, Parakənd, Maşadqanlı, Ülgüc kəndlərinin giriş yolları isə 18.7 km təşkil edir.



Yenidənqurma işləri çərçivəsində yararsız asfalt-beton örtük mexanizmlə sökülür, torpaq yatağının yararsız hissələri ekskovatorla qazılıb çıxarılır və ərazidən daşınır, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq inşası, qazılmış hissələrin yenidən bərpası və yolun kanal ilə paralel olan hissəsində yolun normativ eninin alınması üçün genişmiqyaslı işlər görülür. Torpaq yatağı hazır olan hissələrdə isə əsasın alt və üst layının inşası aparılır. Ümumilikdə torpaq işləri 200 min kv.m-ə yaxın sahəni əhatə edib.

Layihə çərçivəsində yolun yaşayış məntəqələrinin daxilindən keçən 6.5 km-lik hissələrində isə karxana çınqılı ilə yeni yol yatağının, həmçinin 1 km uzunluğunda yeni piyada səkilərinin inşa edilməsinə, kənarlarına yeni səki daşları düzülməsi üçün hazırlıq işləri görülür.

Bundan başqa mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığı üçün, boru başlıqları yenidən təmir olunacaq və əlavə olaraq 1120 paqon-metr uzunluğunda müxtəlif diametrlərə malik 140 yeni metal və dəmir-beton dairəvi suötürücü borular quraşdırılaraq izolyasiya olunacaq.

Ağsu rayonunun Ağsu-Ağarx-Rəhimli-Qaradağ marşrutu üzrə 9 yaşayış məntəqəsinə gedən avtomobil yollarının yenidən qurulması yol boyu yaşayan minlərlə vətəndaşın rayon mərkəzinə rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırılacaq, yolun yenidən qurulması kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxarmaqla yol boyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər