“Səngəçal” ES-də təmir yekunlaşıb - VİDEO

“Səngəçal” ES-də təmir yekunlaşıb - VİDEO
Elektrik stansiyasının 30 faizdən çox "itirilmiş" gücü bərpa edilib

“Səngəçal” Elektrik Stansiyasının 30 faizdən çox “itirilmiş” gücü bərpa edilib.

“Azərenerji” Bakı və Abşeron yarımadası da daxil olmaqla ölkə enerjisitemində xüsusi rolu olan “Səngəçal” Elektrik Stansiyasında “itirilmiş” gücü bərpa edilib . Qeyd edək ki, 2018-ci ilin payızına qədər “Səngəçal” Elektrik Stansiyasında mövcud 18 aqreqatdan 4 -ü ümumiyyətlə işləmirdi, qalan 14 aqreqat isə kəsirlə işləyirdi. Məhz işləməyən 4 aqreqatdan biri yenisi ilə əvəz edilib, digərlərinin isə əsas ehtiyat hissələri xarici ölkələrdən gətirilərək dəyişdirilib və işə qoşulub. Nəticədə 100 meqavata qədər “itirilmiş” güc bərpa edilib. Müqayisə üçün deyək ki, 100 meqavat güc orta hesabla Respublikanın 4-5 rayonunun elektrik enerji tələbatına bərabərdir.

Qeyd edək ki, 2018-2021-ci illəri əhatə edən “Reabilitasiya Proqramı”na əsasən ümumilikdə 1000 meqavatdan artıq “itirilmiş” gücün bərpa edilməsi ilə yanaşı etibarlılıq və dayanıqlığın təmin edilməsi qarşıya əsas məqsəd olaraq qoyulub.

REAL
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər