Ölkə ərazisində temperatur yüksələcək - VİDEO

Ölkə ərazisində temperatur yüksələcək - VİDEO
Bakıda və bölgələrdə yağmursuz hava şəraiti müşahidə olunacaq

Artıq bir neçə gündür ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.

Yaz ayı olmasına baxmayaraq, eyni gündə həm yaz, həm də payız havasını yaşayırıq.

Ancaq bu gün səhər saatlarından etibarən ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşdiyinin şahidi olduq.

Gün ərzində paytaxt ərazisində də mülayim cənub küləyinin üstünlük təşkil edəcəyi proqnozlaşdırılır.

Yağmursuz hava şəraiti yaxın iki gün ərzində davam edəcək.

Digər xəbərlər
Bu gün
Dünən