Ali məktəblərə sənəd qəbulu başladı - VİDEO

Ali məktəblərə sənəd qəbulu başladı - VİDEO
DİM-in rəsmisi sualları cavablandırır

Bu gündən Azərbaycanda ali məktəblərə sənəd qəbulu başlayır. Sənəd qəbulu COVID-19-la bağlı onlayın şəkildə keçiriləcək.

Bu barədə DİM-in şöbə müdiri Xanlar Xanlarzadə ilə "Real İntervyu"da müzakirə aparılıb.

Xanlar Xanlarzadə  bildirib ki, Ali təhsil müəssisələrinə, eyni zamanda tam orta təhsil bazasında Orta ixtisas təhsili müəssisələrinə bu gündən etibarən sənəd qəbuluna start verilir: 

"Gün ərzində DİM-in saytında bununla bağlı elan yerləşdiriləcək, eyni zamanda da xüsusi qeydiyyat linki açılacaq ki, abituriyentlər elektron şəkildə qeydiyyatdan keçə bilsinlər. Daha əvvəl də abituriyentlər qeydiyyat prosesini elektron formada aparıblar. Elektron qeydiyyat iyun ayının 5-nə kimi davam edəcək".

Digər xəbərlər
Bu gün
Dünən