Sabahın havası

Sabahın havası

Mayın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,  arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən REAL-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Mülayim cənub-qərb küləyi  arabir  güclənəcək. 

Havanın temperaturu  gecə 10-14° isti, gündüz  19-23° isti, Bakıda  gecə 12-14° isti, gündüz  20-22° isti olacaq.

Atmosfer  təzyiqi 763 mm civə sütunundan 758  mm civə sütununa enəcək.  

Nisbi rütubət  gecə 70-80 %, gündüz 40-45 % olacaq.  

Tibbi-meteoroloji proqnoz

Mayın 13-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahtlıq hissi yarada bilər . 

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 7-12° isti, gündüz  23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz  10-15°  isti olacaq. 

 

 

Digər xəbərlər
Bu gün
Dünən