"Qalatasaray"ın prezidenti yenidən əməliyyat olundu

Türkiyənin "Qalatasaray" klubunun prezidenti Mustafa Cengiz halı qəflətən pisləşdiyi üçün yenidən xəstaxanaya yerləşdirilib.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, o, növbəti dəfə əməliyyat olunub.

M.Cengizin mədəsində qanaxma baş verdiyi bildirilib.

Qeyd edək ki, aprelin 30-da halsızlıq və yorğunluq səbəbindən xəstəxanaya yerləşdirilən Mustafa Cengiz mayın 7-də əməliyyat olunub. Mayın 15-də isə klub prezidenti evə buraxılıb.

REAL

Digər xəbərlər
Bu gün
Dünən