Sabahın havası - YENİLƏNİB, VİDEO

Sabahın havası - YENİLƏNİB, VİDEO

Mayın 20-də ölkə ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən REAL-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,  əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub  küləyi əsəcək.

Havanın temperaturu  gecə 13-16° isti, gündüz  21-26° isti, Bakıda  gecə 14-16° isti, gündüz  23-25° isti olacaq.

Atmosfer  təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa  enəcək. 

Nisbi rütubət  70-75 %, gündüz 40-45% olacaq.   

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında da sabah əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı,  dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-16° isti, gündüz  25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz  17-22°  isti olacaq. 

Digər xəbərlər
Bu gün
Dünən