Kommunikasiya xətləri yenilənib - VİDEO

Kommunikasiya xətləri yenilənib - VİDEO
"20 yanvar dairəsi"ndən Z.Bünyadov pr.-nə gedən yolda təmir işləri bitib

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “20 Yanvar” – “Masazır” dairələri arasında yerləşən hissəsində hər iki istiqamət üzrə aparılan genişləndirmə və yenidənqurma işləri çərçivəsində “20 Yanvar” dairəsi və dairə ətrafı yollarda aparılan təmir-tikinti işləri yekunlaşdırılıb.

Aparılan yenidənqurma işləri çəçivəsində “20 Yanvar” dairəsi ətrafında yaşanan sıxlığın aradan qaldırılmasına nail olmaq üçün “20 Yanvar” metrostansiyanın Moskva prospekti ilə Müzəffər Həsənov küçəsinin kəsişməsində olan çıxışının istiqaməti dəyişdirilərək yolun hərəkət hissəsi 10 m-ə qədər genişləndirilib. Nəticədə əlavə hərəkət zolağı yaradılıb və Moskva prospektindən daim sağa hərəkət təmin edilib. Bundan başqa “20 Yanvar” dairəsinin ölçüləri hər bir istiqamət üzrə 8-10 metr kiçildilərək “oval” formaya salınıb.

Anoloji təmir-tikinti işləri Həsən bəy Zərdabi küçəsinin “20 Yanvar” dairəsi - Heydər Hüseynov küçəsi arasında yerləşən hissəsində, həmçinin Ziya Bünyadov prospektinin “20 Yanvar” dairəsindən giriş hissəsində də aparılaraq yekunlaşdırılıb. Artıq sözügedən hissədə aparılan təmir işləri səbəbindən hissə-hissə məhdudlaşdırılan hərəkət tam olaraq bərpa edilib.

Ümumilikdə “20 yanvar” dairəsi və dairə ətrafı yollarda aparılan təmir-tikinti işləri zamanı 4 min kub.metr əks-dolğu işləri görülüb, 19 min kv.m-ə yaxın sahəyə asfalt-beton örtüyünün alt layı, 39 min kv.m-ə yaxın sahəyə isə örtüyün üst layı döşənib, 4 yağış barmaqlığı və 37 kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər