Dağlıq ərazi elektriklə təchiz olunub - VİDEO

Dağlıq ərazi elektriklə təchiz olunub - VİDEO
İlk dəfə Astarada 3 kənddə müasir elektrik enerjisi sistemi qurulub

Astara rayonunun 3 yaşayış məntəqəsi – Diqo, Dolu və Sekaşan kəndləri elektrik enerjisi ilə təmin olunub.

“Azərişıq”ASC-dən REAL-a verilən məlumata görə, qeyd olunan yaşayış məntəqələrində elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsi və dayanıqlılığını artırmaq məqsədilə müasir elektrik enerji sistemi qurulub.

Kəndlərdə yeni komplekt transformator məntəqəsi yaradılıb,elektrik kabel xətləri çəkilib, həmçinin yeni dayaqlar quraşdırılıb.

Qeyd edək ki, pandemiya ilə əlaqədar xüsusi karantin rejimi dövründə işlərə bir qədər fasilə verilsədə "Azərişıq" ASC cari ilin tədbirlər planına uyğun olaraq Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Yardımlı və Astarada rayonlarında yenidənqurma işlərini yenidən sürətləndirib. Yenidənqurma işləri Prezident İlham Əliyevin müvafiq göstərişlərinə uyğun olaraq demək olar ki, cənub regionunun bütün kəndlərində həyata keçirilir.

Digər xəbərlər
Bu gün
Dünən