Hava şəraiti dəyişəcək - YENİLƏNİB, VİDEO

Hava şəraiti dəyişəcək - YENİLƏNİB, VİDEO
Güclü külək əsəcək

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, sabah paytaxtda və bölgələrdə yağmursuz hava şəraiti müşahidə olunacaq:

"Temperatur bölgələrdə 30-35, dağlıq ərazilərdə 17-22, paytaxtda 26-28 dərəcə isti olacaq. Mülayim cənub küləyi üstünlük təşkil edəcək. Mayın 23-ü gündüz saatlarından başlayaraq isə artıq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Hava qeyri-sabit keçəcək. Şimal-qərb rayonlarında yağıntılar intensiv olacaq. Bölgələrimizə yağış yağacaq, şimşək çaxacaq. Bəzi yerlərdə yağıntıların leysan xarakterli olması ehtimal olunur".

***

13:01

Mayın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən REAL-a bildirilib ki, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz  24-28, Bakıda gecə 16-18, gündüz  26-28 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.   

Azərbaycanın rayonlarında havanın əsasən, yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 15-20, gündüz  31-36, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz:

Mayın 22-də Abşeron yarımadasında temperaturun iqlim norması daxilində tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Digər xəbərlər
Bu gün
Dünən