Prezident iki rayona icra başçısı təyin etdi

Prezident iki rayona icra başçısı təyin etdi

Prezident İlham Əliyev S.V.Orucovun Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

Prezident İlham Əliyev digər sərəncamla Elçin Adil oğlu Rzayevi İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər