Rusiyada COVID-19-dan son sutka ərzində 150 nəfər öldü - YENİLƏNİB, VİDEO

Rusiyada COVID-19-dan son sutka ərzində 150 nəfər öldü - YENİLƏNİB, VİDEO

Rusiya Federasiyasında COVID-19-a yoluxanların sayı 326448 nəfəri ötüb.

Belə ki, ölkədə koronovirus səbəbi ilə yaradılmış operativ qərargahın verdiyi məlumata görə, son sutka ərzində 8894 nəfərdə koronavirus aşkarlanıb. 

REAL TV-in Rusiya bürosunun verdiyi məlumata görə, Rusiya Federasiyasında son sutka ərzində 150 nəfər COVID-19 səbəbindən ölüb. Ümumiyyətlə isə ölkədə ölənlərin sayı 3249-a yüksəlib. 

Operativ qərərgahın digər məlumatına əsasən ölkədə sağalanların sayı 99825-ə çatıb. Belə ki, son sutka ərzində 7144 nəfərdə sağalma qeydə alınıb. 

Qeyd edək ki, sağalanların sayı ümumi yoluxanların 30,6%-ni təşkil edir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər