Nəfəsimizi nəfsimizə qurban etməyək - VİDEO

Nəfəsimizi nəfsimizə qurban etməyək - VİDEO
"Karantin rejiminin yumşaldılması virusun başa çatması demək deyil"

Azərbaycanda xüsusi karantin rejimi nisbətən yumşaldıldı və qaydaların yumşaldılması prosesi davam edir.

Xüsusi karantin rejimi zamanı koronavirusa 20-30 nəfər yoluxurdusa, artıq bu göstərici 3 rəqəmlidir. İnsanların çölə çıxmamaq kimi bir qadağası yoxdu amma insanların həyatlarını itirmək kimi bir təhlükəsi var.

İnsanlar bir məsələni unudurlar, çölə çıxım nəfəs alım düşünərkən əksinə nəfəslərindən olacaqlar, yayın istisindən yox nəfəssizlikdən tərləyəcəklər. Həyatları dəyişəcək.

Fərqli insanlarla rastlaşdıq. Maskanı çənəsində saxlayan kim, yenicə çıxarmışam yenidən taxacam indi deyən, hələ kameradan çəkinib qaçan kim və daha kimlər kimlər....

Yaxşı olardı ki, cərimələnərək pulumuzun cibimizdən çıxmasından yox, ruhumuzun bədənimizdən ayrılmasından qorxardıq. O zaman hər şey daha yaxşı olacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər