Bədxassəli erməni törəməsi - VİDEO

Bədxassəli erməni törəməsi - VİDEO
Qondarma “rejimin” Almaniyadakı nümayəndəliyi bağlandı

Almaniya qondarma dırnaqarası Dağlıq Qarabağ Respublikasının nümayəndəsinin fəaliyyətinə qadağa qoyub.

Bu barədə Haqqın.az məlumat yayıb.

Məlum olduğu kimi qondarma rejim xarici ölkələrdəki dayaqlarını möhkəmləndirmək üçün dırnaqarası diplomatik nümayəndəliklər yaratmağa səy göstərir. Ancaq görünən odur ki, Avropa ittifaqı ölkələri Azərbaycanın tələblərini rəhbər tutaraq qondarma rejimin dırnaqarası nümayəndəliklərinin təsis olunmasına qarşı çıxır.

Qitənin aparıcı ölkələrindən sayılan Almaniya Dağlıq Qarabağın işğal altında olmasını təsdiqləyir və Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Bununla belə adı çəkilən ölkədə qanunsuz olaraq Arutun Qriqoryanın baçılıq etdiyi separatçı nümayəndəlik fəaliyyət göstərib. Ona verilmiş əsas tapşırıq qondarma dırnaqarası rejimin ideyalarını lobbiçilik fəaliyyəti ilə yaymaq olub.

Qriqoryanın hədəf kütləsini Almaniya vətəndaşları, turistlər və siyasi zümrənin bəzi təmsilçiləri təşkil edib.

Bundan əlavə dırnaqarası nümayəndə toruna düşən insanları Dağlıq qarabağa qanunsuz turist səfərlərinə cəlb etmək vəzifəsini icra edib.

Dırnaqrası nümayəndəlik qanundan yayınmaq üçün European Center for Artsax Studies” adlı qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərib.

Belə vəziyyətdə Azərbaycan tərəfinin haqlı etirazı Qriqoryanın planlarını pozub.

Almaniya Xarici İşlər Nazirliyi Qriqoryanın qeyri leqal fəaliyyətini tanıyırmı? Əgər tanımırsa bəs nə üçün adı çəkilən təşkilat məsuliyyətə cəlb olunmur?

Nəhayət ki, Azərbaycan tərəfinin göndərdiyi sorğular cavablandırılıb.

Cavabda bildirilib ki, Almaniya Federativ Respublikası qondarma dırnaqarası Artsax respublikasını tanımır. Təbii olaraq adı çəkilən qondarma rejimin Almaniyada qeydiyyatdan keçmiş heç bir siyasi təmsilçisi ola bilməz. Bununla əlaqədar olaraq Almaniya Xarici İşlər Nazirliyi yazılı formada Arutyun Qriqoryana müraciət edərək, ondan dırnaqarası respublikaya aid bütün törəmələrin ləğv edilməsini tələb edib.

Məktubda o da qeyd edilib ki, qoyulan tələblərə əməl etməyəcəyi təqdirdə Arutunyanı 1 ilə qədər həbs cəzası gözləyir. Bundan təşvişə düşmüş separatçılar elə həmin gün dırnaqarası təmsilçiliyin saytını, Feysbuk və Tvitterdəki hesablarını bağlayıblar.

Həmçinin Azərbaycanın işğal edilmiş ərazilərində turizmin təşviqi ilə bağlı fəaliyyət göstərən Artsax.de saytı da fəaliyyətini dayandırıb.

Hadisələrin məntiqli davamı olaraq “European Center for Arzakh Studies» ofisi də fəaliyyətini dayandırıb. Qriqoryanın separatçı fəaliyyətinə həmyerlisinin qondarma andiçmə mərasimi günündə xitam verilib. Almaniyanın bu addımı Avropa İttifaqının bir çox ölkələri üçün örnək olmalıdır. Azərbaycan isə separatçı rejimin quyruğu kimi fəaliyyət göstərən bütün bədxassəli törəmələrlə mübarizəsini davam etdirəcək.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər