Azərbaycanda açıq havada idman tədbirlərinin keçirilməsinə icazə veriləcək

Azərbaycanda açıq havada idman tədbirlərinin keçirilməsinə icazə veriləcək

Koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejiminin yumşaldılması idman sahəsinə də təsirini göstərir.

REAL xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı iyunun 1-dən idman tədbirlərinin keçirilməsinə icazənin verilməsinin gündəmdə olduğunu bildirib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov isə qurumun bu gün keçirilən brifinqində idman yarışlarının hələlik açıq havada keçirilə biləcəyini deyib. O, növbəti mərhələdə bu məsələyə baxılmasının mümkün olduğunu vurğulayıb.

Xatırladaq ki, koronavirus infeksiyasının insanlar arasında yayılmasının qarşısını almaq və əhalisinin sağlamlığını qorumaq məqsədi ilə martın 13-dən etibarən Gənclər və İdman Nazirliyinin tabeliyində olan Olimpiya İdman Komplekslərinin, həmçinin, digər idman müəssisə və qurğularının fəaliyyəti dayandırılıb, bütün idman yarışları isə qeyri-müəyyən müddətə təxirə salınıb.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər