Braziliya dünyada koronavirusa yoluxma sayına görə Rusiyanı keçdi

Braziliya dünyada koronavirusa yoluxma sayına görə Rusiyanı keçdi

Braziliyada son sutka ərzində 20 803 nəfər koronavirus infeksiyasına yoluxub.

Ümumilikdə ölkədə "COVID-19"a  330 min 890 insan yoluxub. Bu nəticə ilə Rusiyanı qabaqlayan Braziliya dünya üzrə koronavirusa yoluxma sayına görə ABŞ-dan sonra 2-ci yerdədir.

REAL "CNN"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Məlumatda bildirilib ki, ötən gün ərzində ölkədə 1 001 nəfər bu virusdan həyatını itirib.

Bununla da, Braziliyada bu günə qədər koronavirusdan ölənlərin sayı 21 048 nəfərə çatıb. 

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər