MBA əfsanəsinin "COVID-19" testi müsbət çıxıb - FOTO

MBA əfsanəsinin

Corctaun universitetinin kişilərdən ibarət basketbol komandasının məşqçisi və Milli Basketbol Assosiasiyasının sabiq oyunçusu Patrik Evinq koronavirusa yoluxub.

REAL "CNN"ə istinadən xəbər verir ki, bu məlumatı Corctaun universiteti "Twitter" hesabında paylaşıb.

Bundan sonra Patrik Evinq öz rəsmi "Twitter" hesabından insanlara müraciət edib: “Koronavirus testimin müsbət çıxdığını bildirmək istəyirəm. Virus çox ciddi məsələdir və heçkim bunu qeyri-ciddi qəbul etməməlidir. Bütün insanlara demək istəyirəm ki, özlərinin və sevdiklərinin qayğısına qalsınlar”

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər