Çində ötən gün "COVID-19"a yoluxma halı qeydə alınmayıb

Çində ötən gün

Çində ötən sutka ərzində yeni növ koronavirus yoluxma halı və koronavirusdan ölüm halı qeydə alınmayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Çinin gigiyena və səhiyyə üzrə Dövlət Komitəsindən bildiriblər.

Bildirilir ki, hazırda xəstəxanalarda 79 koronavirus xəstəsinin müalicəsi davam edir (ötən gün 3 nəfər sağalıb). Koronavirus xəstələrinin 3-nün vəziyyəti ağırdır.

Məlumata əsasən, xaricdən gələn vətəndaşlarda qeydə alınan koronavirus halları 1 711 nəfər səviyyəsində qalıb. Bildirilri ki, onlardan 1 670 nəfəri artıq sağalıb.

Statistikaya əsasən, Çində koronavirusa yoluxanların 94,3 faizi sağalıb. Ümumilikdə ölkədə 82,9 mindən artıq yoluxma halı, 4,6 mindən artıq ölüm halı qeydə alınıb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər