Meksikada son gün koronavirusdan 479 nəfər ölüb

Meksikada son gün koronavirusdan 479 nəfər ölüb

Meksikada ötən gün 2,960 nəfər “COVID-19”a yoluxub, 479 nəfər isə bu virusdan həyatını itirib. Qeyd edək ki, koronavirusdan ölüm sayına görə ölkənin dünən ən pis göstəricisi qeydə alınıb.

REAL “CNN”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, ümumilikdə Meksikada 62,527 təsdiqlənmiş “COVID-19” xəstəsi var və 6,989 nəfər bu virusun qurbanı olub. 

Qeyd edək ki, ötən həftə ilə müqayisədə ölkədə koronavirusa yoluxanların sayı 40 faiz artıb.

Xatırladaq ki, yoluxma sayına görə Meksika Latın Amerikası ölkələri arasında Braziliya və Perunun ardından üçüncüdür.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər