Kənddən-şəhərə yarmarkaları - QİYMƏTLƏR, VİDEO, FOTOLAR, YENİLƏNİB

Kənddən-şəhərə yarmarkaları - QİYMƏTLƏR, VİDEO, FOTOLAR, YENİLƏNİB
Yarmarkalar 2 gün ərzində paytaxtın üç rayonunda təşkil olunacaq

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Ramazan bayramı münasibəti ilə “Kənddən Şəhərə” Ramazan yarmarkası təşkil olunub.

Paytaxtın 3 fərqli nöqtəsində -Nərimanov,Yasamal və binəqədi rayonlarında yerləşən bu yarmarkalar Mayın 23 və 24 də fəaliyyət göstərəcək.

"Koronavirus pandemiyası ilə əlaqədar olaraq, “Kənddən Şəhərə” yarmarkalarının fəaliyyətində müvəqqəti fasilə yaranmışdı. Bu səbəbdən Ramazan yarmarkası Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiqlədiyi karantin normalarına əməl edilməklə təşkil olundu.

Yarmarkada fermerlərin gigiyenası da xüsusi diqqət mərkəzidir.

Yarmarkalarda paytaxt sakinlərinə təqdim olunan məhsulların qiyməti digər satış mərkəzlərindən və bazarlardan münasibliyi ilə fərqlənir, aztəminatlı ailələrin, həmçinin digər paytaxt sakinlərinin büdcəsinə uyğun olur və fermerlər tərəfindən müəyyən edilir.



Fermərlər qeyd edirlər ki, yarmarkanın hələ yeni fəaliyyətə başlamasından asılı olmayaraq alıcılıq qabiliyyəti yüksəkdir.

Arıçı fermer Qəhrəman dayının sözlərinə görə, ən çox alınan bal isə meşə balıdır. Bu bal növü sentyabrda süzülür deyə digər ballara nisbətən tərkibi daha güclüdür.



“Kənddən Şəhərə” Ramazan yarmarkasının təşkilində əsas məqsəd bayramla əlaqədar paytaxt sakinlərinin kənd təsərrüfatı məhsullarına artan tələbatını yerli və təbii məhsullarla ödəmək, kiçik və orta fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.

***

10:01

Yarmarkalar Nərimanov, Yasamal, Binəqədi rayonlarında təşkil edilib

Yarmarkada qiymətlər fermerlər tərəfindən təyin olunur.

Bunu "Aqrar Tədarük və Təchizat" ASC-nin mətbuat katibi Mayis Musayev bildirib. 

"Fermerlərin əlavə xərcləri çıxmadığına görə onlara tövsiyə edirik ki, qiymətlər münasib olsun. Kartofun qiyməti 50 qəpikdən, çiyələk 2 manatdan, pomidor 1 manatdan başlayır. Yarmarka bayramla əlaqədar 2 gün davam edəcək". 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər