30 nömrəli marşrut “BakuBus”a verildi - VİDEO, YENİLƏNIB

30 nömrəli marşrut “BakuBus”a verildi - VİDEO, YENİLƏNIB
Xətt üzrə “BakuBus” avtobusları işləyəcək

Əvvəllər marşrut xəttinin istismarı “Transkontrol” MMC tərəfindən həyata keçirilirdi. Ötən müddət ərzində həm BNA tərəfindən aparılan monitorinqlər həm də vətəndaşlardan daxil olan müracitələr əsasında 30 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarçısının fəaliyyətində çox ciddi nöqsanlar müşahidə edilirdi.

Belə ki, avtobusların texniki cəhətdən nasaz olması, sərnişindaşıma fəaliyyətinin qanunvericiliyin tələbinə uyğun qurulmaması, sərnişin sürücü münasibətlərinin mütəmadi olaraq pozulması, eyni zamanda daşıyıcının tez-tez marşrut xəttindən yayınmaları ilə bağlı hallar müşahidə edilirdi.



30 nömrəli marşrut xətinin “Transkontrol” MMC-dən “BakuBus” MMC-ə dəyişdirilməsilə Bakı karta inteqrasiya olunan marşrutların sayı 34-ə çatdırıldı.

Qeyd edək ki, 30 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobuslar Neftçilər metrosu-Səməd Vurğun bağı istiqamətində hərəkət edir.

 

Mais Ağayevin sözlərinə görə qeyd edilən marşrut xətti ilə bərabər digər marşrut xətləri da müsabiqəyə çıxarılıb. Həmin marşrut xətləri ilə də bağlı anoloji qərar verilirək qarşıdakı həftələrdə onların da icrası təmin olunacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər