Rusiyada COVİD-19-dan son sutka ərzində 139 nəfər öldü - VİDEO

Rusiyada COVİD-19-dan son sutka ərzində 139 nəfər öldü - VİDEO

Rusiya Federasiyasında COVİD-19-a yoluxanların sayı 335882 nəfəri ötüb.

Belə ki, ölkədə koronovirus səbəbi ilə yaradılmış operativ qərargahın verdiyi məlumata görə, son sutka ərzində 9434 nəfərdə koronavirus aşkarlanıb. 

REAL TV-nin Rusiya bürosunun verdiyi məlumata görə, Rusiya Federasiyasında son sutka ərzində 139 nəfər COVİD-19 səbəbindən ölüb. Ümumiyyətlə isə ölkədə ölənlərin sayı 3388-ə yüksəlib. 

Operativ qərərgahın digər məlumatına əsasən ölkədə sağalanların sayı 107936-a çatıb. Belə ki, son sutka ərzində 811 nəfərdə sağalma qeydə alınıb. 

Qeyd edək ki, Rusiya Federasiyasında koronavirus səbəbi ilə bu günə qədər 8,4 milyondan çox test aparılıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər