Türkiyənin Trabzon şəhərində azərbaycanlı avtomobil qəzasına düşdü

Türkiyənin Trabzon şəhərində azərbaycanlı avtomobil qəzasına düşdü
Həmyerlimiz Of rayonuna çay toplamağa gedirmiş

Çay plantasiyalarında çalışmaq üçün Trabzonun Of rayonuna yola düşən və içərisində həmyerlimizin olduğu avtomobil Of-Çaykara magistralında qəzaya uğrayıb. Hadisə vaxtı avtomobildə bir Azərbaycan, iki Əfqanıstan və bir Türkiyə vətəndaşı olub.  Qəza zamanı 3 nəfər ölüb.

Azərbaycanın Türkiyədəki səfirliyindən REAL-ın Türkiyə bürosuna verilən məlumata görə, Azərbaycan vətəndaşı hadisə zamanı ağır xəsarətlər alıb. Həmyerlimiz dərhal yaxınlıqdakı xəstəxanaya aparılıb. Səfirliyin əməkdaşları xəstəxana və Of yol patrul xidmətinin əməkdaşları ilə əlaqə saxlayıb. Onlara bildirilib ki, qəza zamanı yaralanan Azərbaycan vətəndaşının vəziyyəti orta-ağırdır və həyatı üçün təhlükə yoxdur.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər