Postlarda nəzarət gücləndirilib - VİDEO

Postlarda nəzarət gücləndirilib - VİDEO
56 mindən çox hərəkət iştirakçısı xüsusi karantin qaydalarını pozub

BDYPİ- dən aldığımız məlumata görə pandemiya dövründə 56 mindən çox hərəkət itirakçısı xüsusi karantin qaydalarını pozub.Bu da əsasən magistraldan kənarda olan ara və köməkçi yollarda qeydə alınıb .Qaydaları pozan sürücü və sərnişinlər üçün hüquqi məsuliyyət tədbirləri tətbiq olunub.

Onu da qeyd edək ki, Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərində və Abşeron rayonununa giriş çıxışa qoyulan məhdudiyyət qüvvədə qaldığından adıçəkilən rayon və şəhərlərdə quraşdırılan postlarda nəzarət daha da gücləndirilib.Yalnız iki halda adıçəkilən rayon və şəhərlərə giriş çıxışa icazə verilir

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olundur. Ancaq Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış məhdudiyyəti hələ də qüvvədə qalır.Yalnız ticarət əlaqələrinin saxlanması, ərzaq və başqa gündəlik tələbat mallarına ehtiyacı təmin etmək məqsədilə bütün nəqliyyat vasitələri ilə yükdaşımaları sərbəstdir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən