Rusiyada koronavirusdan son sutka ərzində 153 nəfər öldü

Rusiyada koronavirusdan son sutka ərzində 153 nəfər öldü

Rusiya Federasiyasında COVID-19-a yoluxanların sayı 344481 nəfəri ötdü.

Belə ki, ölkədə koronavirus səbəbi ilə yaradılmış operativ qərargahın verdiyi məlumata görə, son sutka ərzində 8599 nəfərdə koronavirus aşkarlanıb. 

REAL TV-in Rusiya bürosunun verdiyi məlumata görə, Rusiya Federasiyasında son sutka ərzində 153 nəfər COVİD-19 səbəbindən ölüb. Ümumiyyətlə isə ölkədə ölənlərin sayı 3541-ə yüksəlib. 

Operativ qərərgahın digər məlumatına əsasən ölkədə sağalanların sayı 113299-a çatıb.

Belə ki, son sutka ərzində 5363 nəfərdə sağalma qeydə alınıb. 

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçünçü yerdədir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər