Florida ştatının Aventura şəhərində Azərbaycan Respublika Günü elan olunub

Florida ştatının Aventura şəhərində Azərbaycan  Respublika Günü elan olunub

Florida ştatının Aventura şəhərinin meri Enid Veysman 2020-ci ilin 28 may tarixini Azərbaycan Respublika Günü elan olunması ilə bağlı Bəyannamə imzalayıb.

Mer Veysman Bəyannamədə Amerikada yaşayan azərbaycanlıların Floridadada güclü iştirakı vurğulanaraq regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhvələrini, o cümlədən bu cəmiyyəti təbliğ etmək üçün 2006-cı ilin 26 oktyabr tarixində yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiyasiyasının rolunu qeyd edib.

28 May tarixinin yalnız 1918-ci ildə əsası qoyulan Azərbaycan Demokratik Respublikasının yaradılmasının ildönümü olmadığı, eyni zamanda bunun ABŞ ilə Azərbaycan Respublikası arasında münasibətləri qeyd etmək üçün şərəfli bir fürsət olduğu bildirilib. Azərbaycan Respublikasının ABŞ-ın müttəfiqi və strateji tərəfdaşı kimi qurucularının prinsiplərini rəhbər tutaraq inanclarını davam etdirdiyi və başqalarını humanizm və demokratiyanın ümumi dəyərləri haqqında məlumatlandırdığı qeyd edilib.

E.Veysman 28 may 2020-ci il tarixinin Azərbaycan Respublika Günü elan edərək Aventura şəhərinin sakinlərini bu bayrama qoşulmağı və Azərbaycan xalqının töhfələrini birgə qeyd etməyə çağırış edib.

REAL-ın ABŞ Bürosu

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər