Dünyada koronavirusa yoluxanların sayı 5,5 milyona çatır

Dünyada koronavirusa yoluxanların sayı 5,5 milyona çatır

Dünyada 5,5 milyona yaxın insanın yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

REAL “Worldometer”ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 05:00-a olan statistikaya əsasən, son bir sutka ərzində 96 505 nəfərdə virusa yoluxma aşkar edilib, bununla da yoluxanların ümumilikdə sayı 5 494 455 nəfərə çatıb.

Ümumilikdə virusdan ölənlərin sayı isə 346 434 nəfər olub. İndiyədək 2 299 345 nəfər sağalıb, 2 848 676 aktiv yoluxmuş xəstə var, onlardan 53 224 nəfərin vəziyyəti ağırdır.

Digər xəbərlər
Bu gün
Dünən