Rusiyada son sutka ərzində 8946 nəfər COVID-19-a yoluxdu

Rusiyada son sutka ərzində 8946 nəfər COVID-19-a yoluxdu

Rusiya Federasiyasında COVID-19-a yoluxanların sayı 353427 nəfəri ötüb.

Belə ki, ölkədə koronovirus səbəbi ilə yaradılmış operativ qərargahın verdiyi məlumata görə, son sutka ərzində 8946 nəfərdə koronavirus aşkarlanıb. 

REAL TV-nin Rusiya bürosunun verdiyi məlumata görə, Rusiya Federasiyasında son sutka ərzində 92 nəfər COVID-19 səbəbindən ölüb. Ümumiyyətlə isə ölkədə ölənlərin sayı 3633-ə yüksəlib. 

Operativ qərərgahın digər məlumatına əsasən ölkədə sağalanların sayı 118798-ə çatıb. Belə ki, son sutka ərzində 5499 nəfərdə sağalma qeydə alınıb. 

Qeyd  edək ki, ölkənin Rospotrebnadzor təşkilatındanda verilən məlumatda isə bildirilr ki, bu günə qədər COVID-19  səbəbi ilə ölkədə 8,9 mln test aparılıb və həkim nəzarətində hazırda 287 min insan var.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər