İran tankerləri Venesuelaya çatıb

İran tankerləri Venesuelaya çatıb
N.Maduro benzinlə dolu 5 tankerə görə İrana təşəkkürünü bildirib

İranın göndərdiyi benzinlə dolu ilk beş tankerin Venesuela sularına daxil olması ilə əlaqədar Venesuelanın prezidenti Nikolas Maduro İrana təşəkkürünü bildirib.

Benzinin bu Cənubi Amerika ölkəsində yanacaq böhranını müvəqqəti yüngülləşdirəcəyi gözlənilir. İlk olaraq Karib dənizindən keçən Fortun adlı neft tankeri ABŞ tərəfindən heç bir maneə ilə üzləşmədən Venesuela sahillərinə yaxınlaşaraq rəsmi şəxslər tərəfindən qarşılanıb.

Ondan sonra gələn digər dörd tanker də uzun dəniz səyahətindən sonra limana yan alacaq.

Qeyd edək ki, Venesuela dünyada ən böyük neft ehtyatına malik olan ölkələr sırasındadır, lakin ötən 20 il ərzində ölkə iqtisadiyyatında baş verən geriləmə neft məhsullarının istehsalına çox böyük mənfi təsir göstərib.

Buna görə də Venesuela benzini xaricdən idxal etmək məcburiyyətində qalıb. Analitiklər hesab edirlər ki, İran tankerləri Venesuelaya iki-üç həftə ərzində kifayət qədər benzin verəcəklər.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər