Hindistanın hava limanları ilk sərnişinlərini qəbul etməyə başlayıb

Hindistanın hava limanları ilk sərnişinlərini qəbul etməyə başlayıb
Ölkədaxili uçuşlara icazə verilib

Hindistanda bir gündə 6000-dən çox insanın koronavirus infeksiyana yoluxmasına baxmayaraq, tətbiq edilmiş məhdudiyyətlər yüngülləşdirilib.

Buna görə ölkədaxili təyyarə uçuşları qismən bərpa edilib.

Bundan öncə isə hava limanları dezinfeksiya olunaraq, gücləndirilmiş təhlükəsizlik qaydaları tətbiq olunub.

Artıq Dehli hava limanı ilk sərnişinlərini qəbul etməyə başlayıb.

Vətəndaşlar hava limanına daxil olarkən onların temperaturları, tibbi maska və əlcəklərdən istifadə edib etməməsi yoxlanılıb.



Daha sonra onların yükləri dezinfeksiya edildikdən sonra hava limanı ərazisinə buraxılıblar.

İşçilər tərəfindən sərnişinlərin sosial məsafə saxlaması tələb olunub.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər