Sabahın havası

Sabahın havası

Mayın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən REAL-a verilən məlumata əsasən mayın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam tutulacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 14-16, gündüz 21-26, Bakıda  gecə 14-16, gündüz  23-25 dərəcə isti təşkil edəcək.   

Atmosfer  təzyiqi normadan yüksək 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz  40-45 faiz olacaq.

Mayın 26-da Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 11-16, gündüz  26-31, dağlarda gecə 3-8, gündüz  10-15 dərəcə isti olacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər