Şamaxıda tikintidə qaldırıcı kran aşıb, 3 nəfər xəsarət alıb

Şamaxıda tikintidə qaldırıcı kran aşıb, 3 nəfər xəsarət alıb

Şamaxı rayonunda 3 nəfər bədbəxt hadisə zamanı ağır xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Şamaxı şəhərində qeydə alınıb. Bina inşası zamanı qaldırıcı kranın aşması nəticəsində orada çalışan usta və fəhlələrdən 3 nəfər-Şamaxı rayonu Quşçu kənd sakini, 1995-ci il təvəllüdlü Heybətov Surət İslam oğlu və Şamaxı şəhər sakinləri, 1998-ci il təvəllüdlü İsgəndərov Zaur Qüdrət oğlu, 1959-cu il təvəllüdlü Fərəcov Sərdar Şahmar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onlardan birinin vəziyyəti ağır olduğuna görə müalicə üçün Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər