Peruda "COVID-19"a yoluxanların sayı 124 minə yaxınlaşır

Peruda

Peruda ötən gün 4 020 nəfər “COVID-19”a yoluxub, 173 nəfər isə bu virusdan həyatını itirib. 

REAL “CNN”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, ümumilikdə Peruda 123 979   təsdiqlənmiş “COVID-19” xəstəsi var və 3 629 nəfər bu virusun qurbanı olub.

Xatırladaq ki, yoluxma sayına görə Peru Latın Amerikası ölkələri arasında Braziliyadan sonra ikincidir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər