"Virgin Orbit" şirkətinin ilk sınağı uğursuz olub

Amerikan şirkəti "Virgin Orbit" sınaqlar zamanı "LauncherOne" raket-daşıyıcısını orbitə çıxara bilməyib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə şirkət xəbər yayıb.

"Raketin təyнarədən ayrılmağı təsdiqləndi. Lakin uçuşun ilk dəqiqələrindən sınaq dayandırıldı. Təyyarə və ekipaja hazırda təhlükə yoxdur, onlar bazaya qayıdır", - məlumatda deyilir.

Hadisənin təfərruatları barədə məlumat verilmir. Bununla belə, "Virgin Orbit" şirkəti raketin təyyarədən ayrildığından üç dəqiqə sonra problemlər haqqında xəbər verib.

Xatıraldaq ki, 21 metr uzunluğu olan "LauncherOne" raket-daşıyıcısı orbitə kiçik peyklərin çatdırılması üçün nəzərdə tutulub.

Sınaq planına əsasən raketin ABŞ-ın Mohave səhrasındakı (Kaliforniya ştatı) kosmoportundan uçan "Boeing-747" təyyarəsindən havada ayrılması nəzərdə tutulurdu. Raket təyyarədən Sakit okean suları üstündə ayrıldıqdan sonra avtomatik olaraq mühərriklərini işə salacaqdır.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər