Döyüş hazırlığımızın sınağı - VİDEO

Döyüş hazırlığımızın sınağı - VİDEO
Azərbaycan ordusunun genişmiqyaslı təlimləri uğurla başa çatıb

Azərbaycan ordusunun 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq keçirilən növbəti genişmiqyaslı əməliyyat-taktiki təlimləri uğurla başa çatdı. Müharibə şəraitində olmağımız, hətta xüsusi karantin rejimində belə bizə döyüş hazırlığımızın zəifləməsinə imkan vermir .Hərbi ekspert Ədalət Verdiyev deyir ki, ər bir peşəkar ordunun hazırlanmasında təlimlər mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan ordusunun arsenalına gəlincə isə,son bir neçə ildə Azərbaycan ölçü və miqyasına uyğun olduğundan daha çox silah və sursat sistemlərini əldə edib.Bu təimlərdə biz həmin sistemin həm Naxçıvan istiqamətində həm də digər döyüş bölgəsində yerləşən təlim poliqonlarında şərti düşmənlərə qarşı tətbiqinin şahidi olduq.

Bu təlimlər zamanı digər ölkələrdə olduğu kimi sadəcə atəşin açılmasını deyil həm də,.....

Naxçıvan Qarnizonu Qoşunlarının Təliminin vahid taktiki şəraiti fonunda 12 motoatıcı və mexanikləşdirilmiş bölük, 18 artilleriya və minaatan batareyası ilə döyüş atışlı taktiki təlim keçirilib. Bölmələr tərəfindən taktiki fəaliyyətlər və döyüş atışları icra edilib.

Və sonda təlimlərin nəticəsinə nəzər yetirsək təlim rəhbərliyinin qiymətləndirməsinə görə, başa çatmış təlimlərdə qoşunlar qarşıya qoyulan məqsədlərə tam nail olub. Şəxsi heyət döyüş əməliyyatlarının aparılması üzrə praktiki təcrübə və vərdişlər əldə edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər