Sumqayıtda 2 avtomobil toqquşub - VİDEO

Sumqayıtda 2 avtomobil toqquşub - VİDEO
Hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb

Bu gün səhər saatlarında Sumqayıtda baş verən avtomobil qəzasında ölən 5 nəfərin adları məlum olub.

Bunlar 1990-cı il təvəllüdlü Pənahlı Fərid Kərim oğlu, 1991-ci il təvəllüdlü Qafarov Toğrul Bəhman oğlu, 1983-cü il təvəllüdlü Yusifov Şərbət Araz oğlu, 1956-cı il təvəllüdlü Yusubov Mənaf Nüsübət oğludur və 1992-ci il təvəllüdlü Qafarlı Ceyhun Mehman oğlu.

Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, bu gün saat 07:30 radələrində Sahil-H.Z.Tağıyev avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən 1-ci km-də 1992-ci il təvəllüdlü Qafarlı Ceyhun Mehman oğlu idarə etdiyi “Saipa Saina EX” markalı 99-PB-542 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Sahil qəsəbəsi istiqamətində hərəkətdə olarkən yük avtomobilini ötmək məqsədilə yolun əks hərəkət zolağına çıxaraq qarşıdan gələn 1984-cü il təvəllüdlü Xırdalan şəhər sakini Əliyev Ramil Gülhəsən oğlunun idarə etdiyi “Opel Vectra” markalı 01-BZ-361 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Hadisə yerinə cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobillərində sıxılı vəziyyətdə qalan 5 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qəza zamanı yaralanan iki nəfər 1984-cü il təvəllüdlü Ramil Gülhəsən oğlu Əliyev və 1991-ci il təvəllüdlü Azər Mürvət oğlu Musazadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Yaralılardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı cinayıt işi açılıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər