Ermənilərin nasist xisləti - VİDEO

Ermənilərin nasist xisləti - VİDEO
İnsanlığa qarşı amansız cinayətlərinə görə ermənilər faşistləri üstələyir

Ermənistanın baş naziri Nikol Paşinyanın Qələbənin 75 illiyi münasibəti ilə babasının fotosunu paylaşaraq onun şəninə təriflər yağdırılacağını gözləsə də populist siyasətçi bu dəfə də yağışdan çıxıb yağmura düşüb.

Ermənistan KİV-ləri Böyük Vətən Müharibəsi zamanı həlak olmuş və ya itkin düşən şəxslər haqqında məlumatların göstərildiyi Obd-memorial.ru saytında Paşinyanın təqdim etdiyi adam haqqında məlumatları axtarıb və həmin saytdan alınan cavabdan məlum olub ki, sözügedən Böyük Vətən Müharibəsi zamanı SS sıralarında xidmət edib. Saytda almanların uçot sənədi də dərc edilib. Bunun ardınca Ermənistan xarici işlər nazirliyi vəziyyəti Paşinyanın xeyrinə toparlamağa çalışsa da, fakt faktlığında qalmaqdadır.

Guya əsl siyasət adamı, demokrat ruhlu bir rəhbər imici yaratmağa çalışan Paşinyanın faşist ideologiyasına hələ də sadiq qaldığını görməmək mümkün deyil. Buna əyani sübut kimi Azərbaycanın əzəli torpaqlarının işğalı zamanı minlərlə dinc sakinin qətlinə, iyirminci əsrin ən qanlı cinayəti sayılan Xocalı soyqırımında erməni vandalizminə onun bəraət qazandırmasını misal çəkmək kifayət edir. Yəni nasist ideologiyası ermənilərin ruhuna hopub.

Təbliğata gəlincə işğalçı ölkədə faşizm təbliğatı çoxdan gedir. Açıq-aşkar hitlerçilərlə çiyin-çiyinə insanlığa qarşı saysız-hesabsız cinayətlər törətmiş erməni caniləri qəhrəman kimi təqdim olunur, onların nifrətamiz xatirəsi əbədiləşdirilir, abidələri ucaldılır. Belə "qəhrəman”lardan biri Njde ləqəbli cinayətkar general Qaregin Yegişeviç Ter-Arutyunyandır .

Hansı ki, erməni millətçilik ideologiyasının banisi Njdenin bütün fəaliyyəti günahsız insanları qanına qəltan etməkdən ibarət olub

Başqa sözlə nasistlər tarixin səhifələrinə gömülüb getsələr də, ermənilərin nasist xisləti hər gün yenidən doğulur, yenidən şəkillənir və daha da təhlükəli forma alır.

Bunu biz yox, elə tarix deyir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər