Bundesliqada “Bavariya” səfərdə “Borussiya”nı məğlub etdi

Bundesliqada “Bavariya” səfərdə “Borussiya”nı məğlub etdi

Almaniyada ölkə çempionatının 28-ci turun start görüşündə “Borussiya Dortmund” və “Bavariya” qarşılaşıb.

“Report”un məlumatına görə, “Signal İduna” stadionunda baş tutan görüş “Bavariya”nın qələbəsi ilə yekunlaşıb. 

Azarkeşlərin olmadığı oyunda Coşua Kimix fərqlənib. O 43-cü dəqiqədə rəqibin qapısından top keçirib. 

Bununla da “Bavariya” xalını 64-ə çatdıraraq liderliyini qoruyub. “Borussiya” isə 57 xalla ikinci pillədədir. 

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər