CAR karantin məhdudiyyətlərini aradan qaldırmağa hazırlaşır

CAR karantin məhdudiyyətlərini aradan qaldırmağa hazırlaşır

Cənubi Afrika Respublikası iyunun 1-dən karantin məhdudiyyətlərini aradan qaldırmağa hazırlaşır.

REAL "BBC"yə istinadən xəbər verir ki, ölkə prezidenti Siril Ramaposa dini mərasim yerlərinin yenidən fəaliyyətini bərpa edəcəyini bildirib . Həmçinin ölkədə komendant saatı ləğv ediləcək.

“Kilsələr, sinaqoqlar, məscidlər və digər dini ibadətgahlar fəaliyyətini davam etdirə biləcək. Lakin bu yerlərdə 50 nəfərdən çox insanın bir araya gəlməsinə icazə verilməyəcək”-deyə, prezident bildirib.

Onun qeyd edib ki, pandemiyanın fəsadları ölkədə daha çox ola bilər. Lakin bəzi karantin məhdudiyyətləri ölkənin iqtisadi durumunun stabilliyini pozub.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər