Nyu-Yorkda ötən gün "COVID-19"dan ölənlərin sayında ən aşağı göstərici qeydə alınıb

Nyu-Yorkda ötən gün

ABŞ-ın Nyu-York ştatında son bir sutkada koronavirus qurbanlarının sayı 73 nəfər təşkil edib, bundan bir gün əvvəl isə bu rəqəm 96 olub.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endryu Kuomo bildirib.

“Xəstəxanalara yerləşdirilənlərin sayı azalır, süni tənəffüs aparatına ehtiyac duyanların sayında da azalma var. COVID-19 infeksiyasına yoluxanların sayı ən aşağı həddə qədər enib – cəmi 200 nəfər. Dünyadan köçənlər isə 73 nəfərdir. Bu, indiyədək müşahidə etdiyimiz ən aşağı göstəricidir”, - Kuomo belə deyib.

Ştatda ümumilikdə koronavirusdan 23 488 nəfər ölüb.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər