ABŞ-ın vitse-prezidentinin mətbuat katibi "COVID-19"dan sağalıb

ABŞ-ın vitse-prezidentinin mətbuat katibi

ABŞ-ın vitse-prezidenti Mayk Pensin mətbuat katibi, koronavirus diaqnozu qoyulan Keti Miller sağalaraq işə qayıdıb.

“Report” xəbər verir ki, bu barədə Miller öz “Twitter” hesabında yazıb.

“COVID-19-la bağlı götürülən üç analizin nəticəsi mənfi olduqdan sonra bu gün işə qayıtdım. Gözəl həkimlərimə və mənə dəstək olan hər kəsə təşəkkür edirəm”- “Twitter”də yazıb.

K. Miller hamilə olduğunu qeyd edib və həyat yoldaşı, ABŞ prezidentinin məsləhətçisi Stiven Millerin xəstəliyi zamanı ona göstərdiyi qayğıya görə təşəkkür edib.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər