Rusiyadan daha 175 azərbaycanlı vətənə döndü - VİDEO, YENİLƏNİB - FOTOLAR

Rusiyadan daha 175 azərbaycanlı vətənə döndü - VİDEO, YENİLƏNİB - FOTOLAR
Moskvadan çarter reysi ilə gətirilən vətəndaşlarımız karantinə alınacaq

Bu gün Milli aviadaşıyıcının çarter reysi ilə 175 nəfər  Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırılıb.

Bu barədə REAL-a AZAl-dan bildirilib. Ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

Qeyd edək ki, çarter reysləri  AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

 

***

15:39

Moskvadan Azərbaycan vətəndaşlarının daha bir hissəsini vətənə gətirən xüsusi təyyarə yerli vaxtla saat 12:50-də (Bakı vaxtı ilə saat 13:50-də) havaya qalxıb.

Təyyarədə 175 nəfər var.

Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün ardıcıl tədbirlər görülür.

O cümlədən hazırda Rusiyada yaşayan və evegedirem.info saytında qeydiyyatdan keçən vətəndaşlar vətənə yola düşəcəkləri gün və saat barədə telefon zəngi və ya SMS vasitəsilə xəbərdar ediləcəklər.

REAL

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən