Ölümə sürətlə gedənlər - VİDEO

 Ölümə sürətlə gedənlər - VİDEO
Mayın 1-dən 25-dək baş verən 27 yol qəzasında 33 nəfər ölüb

Koronavirus infeksiyasının yayılmasının qaşısının alınması məqsədilə elan olunan xüsusi karantin rejiminin yumşaldılmasından sonra rayonlararassi gediş-gəliş bərpa olunmasından sui istifadə edən bəzi sürücülər magistrallarda sürət həddini aşırlar.

Bu da nəticə də qəzasız və itkisiz ötüşmür. Elə çox uzağa getməyək götürək mayın 26-sı səhər saatlarında Sahil-H.Z.Tağıyev avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən 1-ci km-də baş verən avtomobil qəzasını.

Hansı ki, yüksək sürət 28, 29,30,37,64 yaş olmaqla ümumilikdə 5 nəfərin həyatına son qoydu.

Təbii ki, bu hadisə son bir neçə gündə baş verən qəzalar içərisində ölümlə nəticələnən ilk hadisə deyil.

Hər gün eşitməklə qulaqlarımızın, görməklə gözlərimizin bəlkə də adət etdiyi yol qəzalarında onlarla insan həyatını itirir .Hələ yaralıları demirəm. Statistika göstərir ki, may ayının 25 günündə respublikanın avtomobil yollarında 27 ağır yol-nəqliyyat hadisəsi baş verib. 33 nəfər ölüb, 27 nəfər isə xəsarət alıb.

Avtomobil üzrə ekspert Ərşad Hüseynovun deyir ki, bu ilin birinci rübündə baş verən avtomobil qəzalarının 90%-i yaşayış məntəqələrində və ya ona yaxın ərazilərdə qeydə alınıb. Özü də qaranlıq vaxtlarında.

Maraqlıdır görəsən ölümə səbəb olacaq yol nəqliyyat hadisələrinin baş verməsinin səbəbi nədir?

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər