Hotellərdə qiymətlər necə olacaq? (VİDEO)

Hotellərdə qiymətlər necə olacaq? (VİDEO)
Bu mövsüm istirahət mərkəzlərində qiymət artımı gözlənilmir

COVID-19 pandemiyasının qlobal iqtisadiyyatda iflic etdiyi sektorlardan biri də turizmdir.

Nəzərə alsaq ki, hələ bir müddət əksər ölkələr, o cümlədən Azərbaycan sərhədlərini giriş-çıxış üçün bağlı saxlayacaq. Bu səbəbdən turizmi dirçəltməyin yeganə yolu istirahət bölgələrinə daha çox yerli vətəndaş cəlb etməkdir.

Burada isə qiymət faktoru əsasdır. Çünki pandemiya əhalinin büdcəsinə də müəyyən səviyyədə təsir edib və insanlar bu yay xərclərinə daha çox qənaət etməli, uyğun qiymətlər təklif edən istirahət məkanlarına üz tutmalı olacaqlar.

Qiymət siyasətinə yenidən baxılması Azərbaycan Turizm Assosiasiyasının da konkret təklifləri sırasındadır. Assosiasiya postpandemiya dövründə daxili turizmin inkişafını sürətləndirən amillər və çıxış yolları barədə konsepsiya hazırlayıb.

Turizm mərkəzləri də deyirlər ki, bu mövsüm fərqli qiymət təklif edəcəklər.

Turizm sahəsində dövlət siyasətinə əsas cavabdeh orqan Dövlət Turizm Agentliyi bu il qiymət startegiyasını vahid platformadan həyata keçirmək niyyətindədir. Agentlik hesab edir ki, yeni kampaniya həm daxili turizmi inkişaf etdirəcək, həm də istirahət etmək istəyən vətəndaşlara əlverişli imkan yaradacaq.

Təbii ki, uyğun qiymət, sanitar tələblər daxilində fəaliyyət turizm məkanlarını insanlara, insanları isə macəra və indi daha çox ehtiyac duyulan istirahətə yaxın edər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər