FHN-dən sosial dəstək (VİDEO)

FHN-dən sosial dəstək (VİDEO)
4000 ailəyə ərzaq yardımı və tibbi maska çatdırılıb

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Ramazan bayramı günlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi siyahılar əsasında Bakı şəhərinin Xəzər, Sabunçu, Suraxanı, Qaradağ, Xətai və Binəqədi rayonlarında yaşayan tənha şəxslərə və aztəminatlı ailələrə, o cümlədən şəhid ailələrinə ərzaq yardımı və tibbi maskalar çatdırılıb.

4000 ailə üçün nəzərdə tutulan yardımları vətəndaşlara çatdıran nazirliyin əməkdaşları sosial məsafənin qorunması, tibbi maskalardan istifadə və digər sanitar-gigiyenik tələblərə əməl edilməsinin vacibliyini bildiriblər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər