Braziliyada bir gündə koronavirusa on minlərlə yoluxma qeydə alındı

Braziliyada bir gündə koronavirusa on minlərlə yoluxma qeydə alındı

Braziliyada koronavirusa yoluxanların ümumi sayı 411 min nəfəri ötüb.

"Report" xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, ölkədə son bir gündə koronavirusa yeni yoluxma hallarının sayı 20 mini ötüb. COVID-19-dan 25,5 mindən çox insan ölüb.

Bir gün əvvəl 391 222 yoluxmuş və 24 512 ölüm haqqında bildirilirdi.

Son məlumatlara görə, COVID-19-a yoluxma ilə bağlı halların ümumi sayı 411 821 təşkil edir. Təhlükəli virusdan bir gün ərzində 1 086 ölüm qeydə alınıb. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 25 598-ə çatıb. Ölkədə koronavirusa yoluxmuş 166 647 insan sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər